Qərbi Kaspi Universiteti

Beynəlxalq Coğrafiya İnformasiya Sistemləri günü keçiriləcək

16 noyabr saat 10:30-da Beynəlxalq Coğrafi İnformasiya Sistemləri (CİS)  günü ilə əlaqədar olar Biznes –Universitet əməkdaşlığı çərçivəsində Qərbi Kaspi Universiteti və “Caucasus Geo Survey” MMC-nin birgə təşkilatçılığı ilə seminar və poster nümayişi keçiriləcək.  

Ekologiya və ətraf mühit kafedrasının tələbələrinin və CİS-in ekologiyanın müxtəlif sahələrinə tətbiqi, İnformasiya texnologiyaları kafedrasının tələbələrinin isə maşın öyrənmənin və süni zəkanın CİS-də tətbiqi, “Data” elmi və CİS-də tətbiqi adlı mövzularda poster təqdimatları nümayiş olunacaq.  

Poster təqdimatından sonra universitetin müəllimi c.ü.f.d. Rauf Əmənovun “Elmi-tədiqat işlərində CİS-in tətbiqi” adlı çıxışı dinləniləcək. Çıxışda CİS texnologiyasının müxtəlif elm və biznes sahələrinə tətbiqi, eləcə də beynəlxalq və yerli layihələrdə bu texnologiyanın geniş tətbiqi imkanları nümayiş olunacaqdır.