Qərbi Kaspi Universiteti

Basketbol komandamız növbəti qəlbəsini qazanıb

Qərbi Kaspi Universitetinin basketbol komandası Tələbə Basketbol Liqasının seçmə oyunlarında çıxışını uğurla davam etdirir.

Seçmə oyunlarında artıq sayca ikinci qələbəsini qazanan komandamızın budəfəki oyunu Bakı Ali Neft Məktəbinin basketbol komandası ilə olub və oyun Qərbi Kaspi Universiteti tələbələrinin 50:34 hesablı qələbəsi ilə başa çatıb.

Bundan öncə Azərbaycan Dillər Universitetinin basketbol komandası ilə olan oyun da komandamızın qələbəsi ilə nəticələnmişdi.