Qərbi Kaspi Universiteti

Tələbələrimiz sərgidə iştirak ediblər

Qərbi Kaspi Universitetinin tələbələri Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgilərini ziyarət edibər.

Qeyd edək ki, BakuBuild inşaat sahəsində Azərbaycanın və Qafqaz bölgəsinin ən böyük ixtisaslaşmış sərgisidir. Sərgidə ümumilikdə 17 ölkə, 279 şirkət iştirak edib.