Western Caspian University

  • Home
  • News
  • Komandamız dünyanın ən reytinqli hackathonunun Azərbaycan üzrə qalibi olub

Komandamız dünyanın ən reytinqli hackathonunun Azərbaycan üzrə qalibi olub

Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət komanda dünyanın ən reytinqli hackathonunun Azərbaycan üzrə qalibi olub.

Qeyd edək ki, PAŞA Bank-ın və SUP VC şirkətinin təşkilatçılığı ilə keçirilən “Techstars Startup Weekend FinTech Baku" hakatonu iştikrakçılara innovativ texnologiyalara əsaslanaraq ideyalarını həyata keçirmək, eyni zamanda dünya birinciliyində iştirak şansı verir.

FinTech hackathonun Azərbaycan finalına yüksəlmiş 11 komandadan 3-ü Qərbi Kaspi Universitetin tələbələrinin komandası idi. Komandanın mentoru universitetin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənlidir.