Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti və AKTA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qərbi Kaspi Universiteti və AKTA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qərbi Kaspi Universiteti və AKTA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qərbi Kaspi Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə layihələrin həyata keçirilməsi, kadr hazırlığı və məşğulluq məsələlərində əlaqələndirimiş fəaliyyətin təşkili, tələbələrin bilik və bacarıqlarının artırılması, elmi-nəzəri və praktiki tədqiqatların aparılması ilə bağlı qarşılıqlı əməkdaşlıq məsələlərini özündə ehtiva edir.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə və müvafiq sahənin inkişafına dəstəyin verilməsi təşkil edir.