Западно-Каспийский Университет

НОВОСТИ

Qərbi Kaspi Universitetində professor Fikrət Sadıxovun 80 illik yubileyi qeyd olunub.

Qərbi Kaspi Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxovun 80 illik yubileyi münasibətilə universitetin kollektivi tərəfindən təbrik mərasimi təşkil olunub.

Tədbirdə universitetin rəhbərliyi və professor-müəllim heyətinin nümayəndələri iştirak edərək yubilyarı əlamətdar yaşı münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıblar.

Çıxışlarda Fikrət Sadıxovun uzunillik elmi-pedaqoji fəaliyyəti, politologiya sahəsinə verdiyi töhfələr, zəngin təcrübəsi və universitetin akademik həyatında iştirakı xüsusi vurğulanıb. Onun elmi fəaliyyəti və pedaqoji təcrübəsi gənc nəslin yetişdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Sonda professor Fikrət Sadıxova möhkəm cansağlığı, uzun ömür, elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulanıb.

wcuwcuwcuwcuwcuwcuwcu