Западно-Каспийский Университет

НОВОСТИ

  • Главная
  • НОВОСТИ
  • Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək

Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək

Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək

4 noyabr 2026-cı il tarixində saat 10:00-da Qərbi Kaspi Universitetində “Tədqiqatın beynəlmiləlləşməsi: Qlobal əməkdaşlıq, elmi görünürlük və təsir” (Internationalization of Research: Global Collaboration, Research Visibility, and Impact) mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Simpoziumun məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, universitetlərarası tərəfdaşlıqların inkişaf etdirilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması və birgə elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsidir.

Müxtəlif ölkələrin ali təhsil və elmi müəssisələrini təmsil edən beynəlxalq qonaqların iştirak edəcəyi tədbirdə elmi tədqiqat sahəsində beynəlxalq tərəfdaşlıqlar, beynəlxalq nəşrlər və elmi nəticələrin qlobal təsiri, tədqiqat fəaliyyətində rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi, eləcə də beynəlxalq qrant imkanları müzakirə olunacaq.

Simpozium çərçivəsində keçiriləcək dəyirmi masa müzakirələri birgə tədqiqat təşəbbüslərinin formalaşdırılması, akademik əlaqələrin möhkəmləndirilməsi və yeni beynəlxalq layihələr üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə yönələcək.

Tədbir Qərbi Kaspi Universitetinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsinə, qlobal tədqiqat şəbəkələrinə inteqrasiyasının gücləndirilməsinə və elmi əməkdaşlıq üçün yeni imkanların yaradılmasına xidmət edir.

Tədbir bütün maraqlanan şəxslər üçün açıqdır.

Ünvan: Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

wcu