Западно-Каспийский Университет

Преподаватели

Лейла

Лейла  Эфендиева

Школа дизайна

Член Союза художников Азербайджана, член Азербайджанского общества акварелистов IWS Азербайджана.

Leyla Vazehi  Əfəndiyeva 08.08.1990-cu ildə Azərbaycan Bakı şəhərində  anadan olub.  1996-cı ildə Bakı şəhəri 210 saylı məktəbə daxil olub 2007 ci ildə bitirib.   2008 ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  “Memarlıq Dizayn “ fakültəsinin “ Xalçaçı rəssam “ ixtisasının bakalavr pilləsinə qəbul olub. 2012 ci ildə Magistır pillesin “ Dekorativ tətbiqi İncəsənət Əsərlərnin bərpası və ekspertizası “ fakultəsinə daxil olub. Həm bakalavr hemde magistr dərəcəsini  iki  Qırmızı  Fərqlənmə diplomlu ilə bitirib.    2010 cu ildən "Azərbaycan Xalçaçıları İctimai Birliyinin" üzvüdür. "Azərbaycan Xalçaçıları İctimai Birliyi" UNESCO-da təmsil olunan yeganə Qeyri-Hökumət Təşkilatıdır. Leyla  peşəkar xalça sənətkarıdır. Şərq üslubunda illüstrasiya miniatür xalçaları çəkir.     2013-cü ildə Rəssam Azərbaycan Rəssamlar ittifaqının üzvüdür və bir çox sərgidə iştirak etmişdir  2020-ci ildə Azərbaycan Akvarelistlər Cəmiyyəti  "Azerbaijan İWS" yə üzv qebul edilmisdir. Leyla miniatur ve xalça eskizləri ilə yanaşı professional yanaşma ile sulu boyanı özünə məxsus səkildə istifadə ölkəmizi dəfərlə Beynəlxalq sərgilərdə təmsil edir.Misal olaraq Norveç, Amerika, Türkiyyə ,Avstriya, Banqlades, Hindistan, Pakistan, Rusiyya, Koreya, İndoneziya, Venesualla, Argentina.    Sulu boya ilə natürmort, qida sənəti və peyzaj,mariana resmlərində ixtisaslaşmış peşəkar bir sənətkardır.Hal hazırda el işləri Amerika,Almaniya Turkiyyə və İsvecrə Norveçdə sexsi kolleksiyalarda yer alıblar.Bir çox yerli və beynəlxalq sərgilərdə iştirak etmişdir.

Севда

Севда  Садыхбекова

Школа дизайна

Доцент, Доктор философских наук в области искусствоведения, заслуженный деятель искусств, член Союза художников Азербайджана, Руководитель внеаудиторного отдела

    1970-ci ildə Bakı şəhərində doğulub. 1988-1994 –cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə  ilə bitirib. Respublika və beynəlxalq sərgilərin və konfransların  iştirakçısı olub 2004-2015ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekani vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildə Beynəlxalq İncəsənət Sərgisi (Koreya-İstanbul-Bolqariya-Misir-Azərbaycan). 2010-cu ildə sənətşunaslıq ixtisası üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2010-cu ildə Ə.Əzim-zadənin 130 illiyinə həsr olunmuş III-cü Beynəlxalq Karikatura Müsabiqəsinin lauriatı olub. 2010-cu ildə “Qəbələ” I-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə “Qəbələ” II-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə dosent elmi adına layiq görülüb. “Azərbaycan Opera və Balet Teatr rəssamlarının yaradıcılığı”  2012-ci ildə Dünya Rəssamlıq Akademyası fərdi sərgi. 2012-ci ildən Azərbaycan Reklamçılar İtifaqının üzvüdür. Sadıxbəyovanın rəsm işləri Türkiyə, Moskva, Kiyev, Polşa, İspaniya, İzrail , həmçin digər ölkə və şəhərlərdə olan şəxsi kolleksiyalarda saxlanılır. 2013-ci ildə Azərbaycan Respublikasinin Əməkdar Rəssam fəxri adina layiq görülüb.  2013-ci ildə Almaniyanın Berlin şəhərində fərdi sərgi keçirilib. 2013-ci ildə Bolqaristanin Sofiya şəhərində fərdi sərgi keçirilib. 2015-2021ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsində işləyib. 2016-2021ci illərdə BXA-da professor vəzifəsinidə tutmuşdur. 2016,2018-ci illərdə Bakida keçirilmiş Q.Almaszadə adina Beynəlxalq Rəqs Musabigəsinin təşkilat komitəsinin  üzvü olub. Birçox beynəlxalq və respublika konfraslarin iştrakçısı olub. 2018-ci il- “Səhnəqrafiya Tarixi” adlı dərsliyin müəllifidir. 30-a yaxın elmi  məqalənin müəllifidir. 2021ci ildən- Qərbi Kaspi Universitetinin “Dizayn “ məktəbinin dekanı vazifəsində çalışır.

Эльчин

Эльчин  Алиев

Школа дизайна

Профессор, доктор искусствоведения; Член Союза Архитекторов и Дизайнеров Азербайджана

Azərbaycan Memarlar İttifaqının üzvü Azərbaycan Dizaynerlər İttifaqının üzvü Akademik fəaliyyətinin istiqamətləri: Memarlıq Dizayn Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir. 1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildən Sovet İttifaqının süqutuna qədər Ümumittifaq Gənc Memarlar cəmiyyətinin Zaqafqaziya şöbəsinin Sədri olmuşdur. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildə memarlıq üzrə Namizədlik dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmişdir. Otuz illik professional fəaliyyəti zamanı 70-dən çox memarlıq və dizayner layihələrini yaratmış və həyata keçirtmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, ABŞ, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı tərəfindən ölkənin ən yaxşı memarı adına layiq görülmüşdür və Azərbaycan Memarlar İttifaqının «Qızıl şərəf nişanı» ilə təltif edilmişdir. Bakıda yerləşən Jen-Mironosits Kafedral Kilsənin bərpası layihəsinə görə Rusiyanın Pravoslav Kilsəsi tərəfindən «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə mükafatlandırılmışdır. 2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə oğlu Səməd Qurbanov tərəfindən Cümə məscidi tikilmişdir. Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. 2014-ci ildən Beynəlxalq Memarlar İttifaqının Gənclərlə iş üzrə Komissiyasının üzvüdür. 2015-ci ildən Qərbi Kaspi Universitetində çalışır. Hal-hazırda Bakı Memarlıq Klubunun Prezidenti vəzifəsində çalışır. Memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 90 elmi məqalənin müəllifidir. E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.

Гюльрана

Гюльрана  Мирза

Школа дизайна

Доцент Доктор философских наук в области искусствоведения,

Akademik fəaliyyətinin istiqamətləri: Sənətşunaslıq Mədəniyyətşünaslıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 13.01.1956 Bakıda anadan olubdur.1974 ildə Bülbül adına Orta Ixtisas musiqi məktəbini ve 1979 - Uz.Hacibəyov adina Azərbaycan Dovlət Konservatoriyasını fərqlənmə diplomu ile bitirmişdir.1979-2002 illərdə 23 ve 2 saylı musiqi məktəblərində ve Tusi adına Pedaqoji Universitetdə ders demişdir .2002 ildən AMEA MII-da və Qərbi Kaspi Universitetində calışır. 2001 ildən Azərbaycan Rəssamlar Ittifaqının,Rusiya Imperatorluq Evi Cəmiyyətinin ve Azərbaycan Tarixi-Şəcərə Cəmiyyətinin üzvüdür. 2004 ildə "20 əsrin son 30 ilində Azərbaycan dəzgah rəngkarlığında rəssamın yaradıcı prosesi ve fərdi üslubu" movzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını uğurla mudafiə etmişdir. 2012 ildə AAK-nin qərarı ilə dosent adına layiq olunmuşdur. Hal hazirda AMEA-nin Memarlıq ve Incəsənət Institutunun  aparıcı elmi işçisi və Institutun Dissertasiyalar Elmi Şurasının üzvüdur; Qərbi Kaspi Universitetinin dosentidir. Azərbaycan,Turkiyə,Ingiltərə ve Almaniyada 11 monoqrafiyasi dərc olunmuşdur.150-dən çox elmi məqalənin müəllifidir.O cumlədən  bir metodik vəsait ve 5 fənn proqramı. Elmi nəşrlər: 1. Six masters of Azerbaijani painting. - Monography book,Berlin:,Lambert Academic Publishing ,2021,p.110 . 2. Nadir Qasumov.-Monography book,Baki:,Servet,Serq-Qerb,2019,104 s. 3.Tair Salahov.-Mon.b,Baki:,Servet,Serq-Qerb,2013.104 s, 4.Rasim Babayev.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 5.Nadir Abdurrahmanov.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 6.Omar Eldarov.-Mon.b.,London:,Anglo-Caspian Pbl.C.2005,pages 385. 7.Oqtay Sadigzade.-Mon.b.,Baki:,Cashioglu,2002,196s. 8.Elmira Shahtaxtinskaya.-Mon.b.,Baki:,21esr.YNE,2001,196s. Bundan elave  Servet seriyasindan 3 monoqrafiya ve 150 cox elmi meqale: 141. Dekorativ tetbiqi senetde Qacar uslubu AErbaycan bedii medeniyyetinin tezahuru kimi - 5 -ci Dunya Xalca Simpoziumunda cixish.2017,Baku 142 .Qajar style in art as a phenomenon of Azerbaijani artistic culture./Jomard Publishing.New design ideas.Online.The journal.ISSN 2524-2148.2018,Vol.2/N1.

Эльнур

Эльнур  Расулов

Школа дизайна

Член Союза художников Азербайджана

Akademik fəaliyyətinin istiqamətləri: Rəsm Rəngkarlıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 28 İyul 1962-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1980-1986-cı illərdə (1980-1982 hərbi xidmətdə olmuşdur). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (İndiki Ə.Əzimzadə adına rəssamlıq kolleci) təhsil almışdır. 1986-cı ildə “ Rəsm və Rəsmxət müəllimi “ ixtisası üzrə tam kursu bitirmişdir. 1987-ci ildən müntəzəm olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlar İttifaqının təşkil etdikləri sərgilərdə iştirak etmişdir. 1987-1988-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq təhsili almışdır.1988-1994-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət universitetində təhsil almışdır. 1994-cü ildə tam kursu başa vuraraq “ Rəngkarlıq “ ixtisası almışdır. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının “ Rəngkarlıq “ bölməsinin üzvüdür. 2007-ci ildə Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. 2008-ci ildə Balakən rayon İcra Hakimiyyətinin dəvəti ilə Tarix və Diyarşunaslıq muzeyində fərdi sərgisi keçirilmişdir. 2009-cu ildə Rusiya Federasiyasının V.Lermontov komitəsinin təsis etdiyi K.Meçiyev medalı ilə təltif edilib. 2010-cu ildə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dövlət Mədəniyyət Komitəsinin təşkil etdiyi Çərkəz şəhəri Dövlət tarix və diyarşunaslıq muzeyində “ Azərbaycan mənim vətənim “ adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi  “ Keçmişdən gələcəyə “ adlı ümumi sərgidə üç əsərlə iştirak etmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi “ Şərq rəngləri “ adlı fərdi sərgisi keşirilmişdir. 2011-ci ildə Rusiya Federasiyasının İnquş Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi müştərək sərgidə iştirak etmişdir. 2013-cü ildə Rusiya Federasiyasının Tolyatti şəhər Merliyinin təşkil etdiyi “ Bakıdan hərarətli salamlar “ adlı fərdi sərgisi keçirilmişdir. 2014-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində “ Rəssamların Mərkəzi Sərgilər Evi “ ndə “ Doğma torpağın təranələri adlı fərdi sərgisi keçirilmişdir.

Айсу

Айсу  Алиева

Школа дизайна

Член Союза художников Азербайджана, педагог

Əliyeva Aysu Fərid qızı 2000-ci il 17 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 8 saylı tam orta məktəbinin adından rəsm və rəngkarlıq əsərləri fərqli sərgilərə gondərilmişdir. 18 dekabr 2015-ci ildə Ümumdünya Miqrant Gününə həsr edilən “Mərhəmətlə dolu aləm” adlı rəsm müsabigəsində rəsm əsəri ilə iştirak etmişdir. 2016-ci ildə British Council tərəfindən təşkil edilən “İngilis dilində poeziya və nəsr üzrə bədii qiraət” müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Məktəb yarışmasında  Riyaziyyat fənnindən 1-ci yer qazanıb və diplomla fərqlənmişdir. 2017-2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Memarlıq və Dizayn” fakültəsində “Sənaye Dizayn” ixtisası üzrə bakalavr pilləsi və 2021-2023-ci illərdə “Sənaye və qrafik Dizayn” ixtisası üzrə magistr pilləsi üzrə təhsil alıb və fərglənmə diplomları ilə bitirib. 2018-ci ildə kompaniya çərçivəsində “Qarabağın səsi”adlı gənc rəssamların sərgisində “Müdafiəçi” əsəri ilə fərqlənmə diplomu ilə təltif olunub. Həmin ildə SABAH qruplarına daxil olub , 2021-ildə fərglənmə ilə bitirdi. 2019-cu ildə Almaniyada təşkil edilən, Xocalı soyqırımı faciəsinə həsr olunmuş sərgidə “Ana” əsəri təqdim olunub. Həmin ildə SABAH qrupların London şəhərində keçirilən sərgisində “Prince’s School Of Traditional Art” tərəfindən marketri və miniatür əsərləri sərgilənmişdir və “The Prince’s Foundation”-a hədiyyə olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiya tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində “2-ci Beynəlxalq Yay Məktəbi”də uğurla iştirak edib və sertifikatla  təltif oldu. 2021-ci ildə “Nizami və Şıller” adlı Dizayn Müsabiqəsinda öz əsəri ilə iştirak etmişdir və diplomla fərglənmişdi. 2022-ci ildə Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycanda nümayəndəliyi İWS Azerbaijan və Xətai sənət mərkəzi nəzdində olan İWS KHATAI CENTER təşkilatçılığı ilə keçirilən “Su və rəng ahəngi -2022” akvarel sərgisində iştirak etdiyinə görə sertifikatla təltif olundu. 2024 ildə “Azərbaycan Rəssamlar İttifaqı İB” Gənc Rəssamlar Birliyinin Üzvünə daxil olub. 2023 ildən Qərbi Kaspi Universitetində ştat müəllim vəzifəsində fəaliyyət göstərir.

Гызгаит

Гызгаит  Гулиева

Школа дизайна

Член Союза художников Азербайджана, Преподаватель

Информация об образовании и профессиональной деятельности: Гулиева Гизгайыт Эльман родилась 13 мая 1991 года в поселке Сары Озек Талды-Курганской области Республики Казахстан. Он азербайджанец, 1 сентября 1996 года поступил в среднюю школу № 1 Гёй-Голского района Азербайджанской Республики, в которой учился до 2005 года. С 2005 по 2007 год продолжил образование в средней школе села Чуханлы имени Зияда Гамидова Сальянского района. С 1999 по 2006 год учился в Гёй-голской 7-летней детской музыкальной школе имени Ашиг Шамшира по специальности фортепиано. В 2010 году окончил 20-месячный курс «Кройка и вышивка» в Доме офицеров Гянджинского гарнизона. В 2010 году поступил в Азербайджанский Государственный Университет Культуры и Искусств, а в 2014 году получил степень бакалавра по специальности «Дизайнер- Художник". Диплом А № С 0379242014 по 2015 год работала преподавателем подготовительного курса по специальности «Художник-дизайнер». Диплом АМ № 015680. Член Азербайджанского Государственного Союза Художников с 2016 года. Он участвовал в выставках на разные темы по всей стране и был награжден дипломом специалиста и сертификатами. В настоящее время он преподает дизайн в Западно-Каспийском университетском колледже.                 

Гюнель

Гюнель  Аскерзаде

Школа дизайна

Преподаватель

Mənim adım Günel Əskərzadə Zəfər qızı, 3 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi 17 nömrəli məktəbdə başlamışam və erkən yaşlardan etibarən təhsilə və incəsənətdə böyük marağım olub. Məktəbi bitirdikdən sonra 1999 ildə Qərb Universitetinə Dizayn fakultəsinə qəbul oldum. Burada bakalavr təhsili aldım, sonra isə həmin universitetində magistratura üzrə təhsilimi davam etdirərək biliklərimi daha da dərinləşdirdim. Peşəkar yolum çox şaxəli olub. Mən müxtəlif sahələrdə işlədim, o cümlədən dizayn və ingilis dili tədrisi sahələrində. Bu sahələrdə tədris etməyin mənə böyük məmnuniyyət verdiyini deyə bilərəm. Tədris sahəsində təcrübəm 8 ildən çoxdur və tələbələrə yaradıcılıq və dil bacarıqlarını inkişaf etdirməkdə yardımçı olmaq mənə çox həzz verir. Bundan əlavə, 10 ildən çox müddət ərzində çap şirkətində çalışdım və dizayn və çap istehsalı sahəsində qiymətli təcrübə qazandım. Bu dövr karyeramın mühüm bir hissəsi oldu və dinamik və yaradıcı mühitdə işləyərkən çox şey öyrəndim. Həmçinin portret fotosu çəkilişi ilə məşğulam. Bu, mənim həvəsimdir və bu sahədə daim özümü inkişaf etdirərək unikal şəkillər yaratmağa və emosional və gözəl anları əbədiləşdirməyə çalışıram. Həyatım daim inkişaf və yeni imkanlar axtarışı ilə bağlıdır və öz maraqlarımı peşəkar fəaliyyətimlə birləşdirməyimdən fəxr edirəm.

Ulya

Ulya 

Школа дизайна

Müəllim, s.ü.f.d

Abdullayeva Ulya Rövşən qızı 20 fevral 1990-cı ildə Gürcüstanda anadan olmuşdur.   2005-2009-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisasını bakalavr səviyyəsi üzrə, 2011-2014-cü illərdə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2024-cü ildə sənətşünaslıq üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almışdır.   2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət”  fakültəsinin “Heykəltəraşlıq” kafedrasında laborant vəzifəsində işə başlamışdır. 2012-2019-cu illər ərzində həmin kafedrada baş laborant vəzifəsində çalışmışdır. 2017-ci ildən başlayaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin “İncəsənət tarixi” kafedrasında əvvəlcə saathesabı, 2019-2023 – cü illər ərzində isə 0,5 ştat  müəllim vəzifəsində çalışıb. 2021-2022-ci tədris ili ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin Fakültə Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır. 2023-2024 – cü tədris ili ərzində Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasında tam ştat  müəllim vəzifəsində çalışıb. 2023-2024-cü tədris ilinin payız semestri üzrə  Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin Yekun Dövlət Attestasiyası Buraxılış işinin müdafiəsinin elmi katibi vəzifəsində çalışmışdır. 17 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Milli Kitabxanada “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” adlı beynəlxalq elmi-praktik konfransının “Təsviri sənət” bölməsi üzrə moderator kimi çıxış etmişdir.   2013-cü ildən başlayaraq müxtəlif elmi-mətbuat orqanlarında bir çox məqalələr və tezislərlə çıxış etmişdir, yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.   2013-cü ildən başlayaraq müxtəlif yerli sərgilərin iştirakçısıdır. 2015-ci ildə “Tolerant Azərbaycan gənci” layihəsinin iştirakçısı olaraq “Ruh birliyi” adlı rəngkarlıq əsəri YUNESKO-nun muzey ekspozisiyasına daxil edilməsi məqsədilə 26 oktyabr 2015-ci il tarixində Paris şəhərində YUNESKO-nun Baş Qərargahında keçirilən 9-cu YUNESKO Gənclər Forumunda təşkilatın baş direktoru xanım İrina Bokovaya təqdim edilmişdir. 2016-cı ildə keçirilən “Almaniya bir rəssamın gözü ilə” adlı sərgi-müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. 2016-ci ildə keçirilən FVTVRİSMO ORA sərgisində iştirak etmişdir. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər Bölməsinin üzvüdür.   Hal-hazırda Qərbi Kaspi Universitetinin “Dizayn məktəbi” fakültəsində tam ştat müəllim vəzifəsində çalışır.

Fatimə

Fatimə 

Школа дизайна

Müəllim

17 iyul 1998-ci ildə anadan olmuşdur. 2006–2014-cü illərdə Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə, 2014–2016-cı illərdə isə Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində almış, Memarlıq ixtisası üzrə bakalavr, Şəhərsalma ixtisası üzrə isə magistr dərəcəsi əldə etmişdir. Təhsil dövründə universitetin RIBA (Royal Institute of British Architects) Part 1 akkreditasiyası prosesində iştirak etmiş, təqdim etdiyi layihələr beynəlxalq standartlara uyğun qiymətləndirilmişdir. 2020-ci ildən etibarən memarlıq və dizayn sahəsində peşəkar fəaliyyət göstərir. Müxtəlif memarlıq və dizayn layihələrinin hazırlanması və idarə olunması sahəsində təcrübəyə malikdir. Hazırda müəllim, memar və dizayn layihələri üzrə layihə rəhbəri kimi fəaliyyətini davam etdirir. Hal-hazırda Dizayn Məktəbində “Mühit dizaynı” və “Kompozisiya” fənlərini tədris edir. Tədris prosesində real iş mühitinin modelləşdirilməsinə, məkanın funksional və estetik həllinə, həmçinin tələbələrin müstəqil peşəkar kommunikasiya bacarıqlarının inkişafına xüsusi önəm verir. Rəsm və incəsənət yönümlü fəaliyyətlərə, eləcə də yaradıcı sahibkarlığa maraq göstərir. Elmi fəaliyyətlə məşğul olur və hazırda nəşr üçün elmi məqalələr üzərində çalışır.