Qərbi Kaspi Universiteti

Universitet

Ən çox verilən suallar

Ən çox verilən suallar (FAQ)

Qərbi Kaspi Universitetində hansı ixtisaslara qəbul aparılır?

Qərbi Kaspi Universitetinin qəbul apardığı ixtisasların siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: 

https://wcu.edu.az/az/page/undergraduate-programs

Qeydiyyat üçün lazım olan sənədlər hansılardır?

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

  • Attestatın əsli
  • 6 ədəd foto şəkil (3x4 ölçüdə)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
  • Təhsil haqqı
  • İş nömrəsi və şifrə
Kimlər pulsuz təhsil ala bilər?

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 14.8-1-ci maddəsinə əsasən dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili alan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

2.  şəhid ailəsinin üzvləri;

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

4. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

Dövlət sifarişli yerlər varmı?

Bəli, bütün ixtisaslar üzrə dövlət sifarişli yerlər də təklif olunur.

Bu il V ixtisas qrupu üzrə Qərbi Kaspi Universitetində hansı ixtisaslar üzrə qəbul aparılacaq?

Universitetimizdə V ixtisas qrupu üzrə dizayn ixtisasına qəbul aparılır.  V qrupu seçən abituriyentlər qabiliyyət imtahanı vermir.

Qərbi Kaspi Universiteti tələbələrin xaricdə təhsilinə dəstək verirmi?

Qərbi Kaspi Universiteti bir sıra mübadilə proqramlarının iştirakçısıdır. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Bu tərəfdaşlıq layihələri Erasmus+, Mövlanə tələbə mübadilə proqramlarını, magistr kurslarını, müxtəlif formatlı və məzmunlu yay məktəblərini və s. əhatə edir.  Tələbələrimizin xaricdə təhsili üçün maksimal şəkildə dəstək veririk. Bu dəstək həm bir sıra tələbə mübadilə proqramları çərçivəsində, həm də dünyanın 4 aparıcı universiteti ilə birgə həyata keçirdiyimiz ikili diplom layihələri və MBA proqramında üçlü diplom layihəsi (eyni zamanda ikili diplom) çərçivəsində reallaşdırılır.

Keçid balı 150 olan ixtisaslar hansılardır?

Qərbi Kaspi Universitetində 9 ixtisas üzrə 150 bal müsabiqədə iştirak balı kimi qəbul olunub. Bu ixtisaslar aşağıdakılardır:

I qrup:

  • Meşəçilik
  • Ekologiya mühəndisliyi

II qrup:

  • Marketinq
  • Biznesin idarə edilməsi
  • Turizm bələdçiliyi
  • Turizm işinin idarə edilməsi

III qrup:

  • Sosial iş
  • Regionşünaslıq 

IV qrup:

  • Su bioehtiyatları və akvakultura
Bütün ixtisaslar və onların illik haqları barədə məlumatı haradan əldə edə bilərəm?

Bütün ixtisaslarımız və onların illik təhsil haqları barədə saytımızda məlumatlar öz əksini tapır: 

https://wcu.edu.az/az/page/undergraduate-programs

Mən kollecdə dövlət hesabına təhsil almışam. Ali məktəbə dövlət hesabına daxil ola bilərəm?

Bəli, sizin ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq hüququnuz var.