Qərbi Kaspi Universiteti

Universitet

Dayanıqlı İnkişaf Məqsədləri

@ sustainability@wcu.edu.az

“Tədqiqatın mükəmməlliyi sayəsində təhsili keyfiyyətli şəkildə inkişaf etdirərək Qlobal Məqsədlərə təsir göstərmək”

Azərbaycanın paytaxtı, Bakının mərkəzində olan Qərbi Kaspi Universiteti beynəlxalq mükəmməlliyə, dünyanı dəyişən tədqiqatlara, eləcə də yüksək keyfiyyətli və ilhamverici tədrisə sadiq olan lider universitetlərdən biridir. İşçilərimiz və tələbələrimiz arasında rəngarəngliyin (müxtəlif dindən, irqdən və cinslərdən ibarət) təmin edilməsi, ali təhsildə iştirakın səviyyəsinin yüksəldilməsi, yerli, milli və beynəlxalq cəmiyyətlərlə əlaqə qurulması - bunların hamısı bizim nə etdiyimizin və kim olduğumuzun bir hissəsidir.

Biz Korporativ Sosial Məsuliyyət vasitəsilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə öz töhfəmizi verməyə davam edirik.

Sustainable Development

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi

Davamlı İnkişaf Məqsədlərimizin tam hesabatında, hazırki töhfələrimizi müəyyənləşdirən bir illik yol xəritəsi çalışmalarının nəticələri göstərilir. Biz hədəflərimizə çatmaq üçün Universitetin tədris, tədqiqat və digər fəaliyyətləri sayəsində Beynəlxalq Millətlər Təşkilatı tərəfindən müəyyən olunan hər bir dayanıqlı inkişaf məqsədini dərindən araşdırırıq.

BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi