Qərbi Kaspi Universiteti

Universitet

Korporativ Sosial Məsuliyyət

Qərbi Kaspi Universitetinin Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsü davamlı və sosial cəhətdən məsuliyyətli mühitdə fəaliyyət üzrə öhdəliyimizi əks etdirir. Qərbi Kaspi Universiteti bir bir sıra Korporativ Sosial Məsuliyyət təşəbbüslərini göstərməkdə davam edir.

Universitetimiz tərəfindən həyata keçirilən sosial tədbirlərlər ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz

 Sosial Layihələr >

Tələbələrimiz Universitet tərəfindən təşkil edilən KSM işlərinə böyük həvəslə yanaşır. Universitet, həmçinin, regionlarda iqtisadi inkişafa dəstək olmaq məqsədilə əhalinin bilik və sahibkarlıq bacarıqlarının artırılması istiqamətində daim fəal axtarışdadır.
Nottingem Trent Universiteti ilə əməkdaşlıq layihəsi  çərçivəsində Biznes İdarəçiliyi fakultəsi kənd yerlərində kiçik biznes sahiblərinə dəstək olmaq  üçün sahibkarlıq və biznes idarəçiliyi bacarıqlarına həsr olunmuş  bir sıra təlim kursları təşkil etmişdir.
Bundan başqa, Qərbi Kaspi Universiteti Hüquq Klinikasının təşəbbüskarlarından biri kimi  hüquqi problemlərlə bağlı əhaliyə yardım etməkdə böyük təcrübə qazanmışdır.

Qalereya