Vakansiyalar
VakansiyalarMüraciət üçün CV: administration@wu.edu.az |
“İqtisadiyyat” və “Maliyyə” ixtisasları üzrə vakansiya |
Qərbi Kaspi Universitetinə Azərbaycan və İngilis dillərində “İqtisadyyat” ixtisası üzrə “Makroiqtisadiyyat”, “Ekonometrika”, “Kəmiyyət əsaslı tədqiqat metodları”, “Keyfiyyət əsaslı tədqiqat metodları”, “İqtisadiyyata giriş”, “Biznes Statistika”, “Kompleks iqtisadi təhlil”, “Maliyyə” ixtisası üzrə isə ”İdarəetmə uçotu və korporativ qərarların verilməsi”, “Maliyyə uçotu” fənlərini tədris edən bilən elmi dərəcəli müəllim - tədqiqatçı tələb olunur.
Namizədlərdə Azərbaycan və İngilis dilində səlis nitq, interaktiv tədris metodlarından istifadə bacarıqları vacibdir.
Keyfiyyət üzrə mütəxəssis |
Analitik düşünmə,hesabat yazma bacarığı və sorğuların keçirilməsi
Normativ sənədlərlə işləmə qabiliyyəti
MS Office (xüsusilə Excel və Word) bilikləri
İngilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (B2-C1)
Hüquq ixtisası üzrə müəllim (Ştat) | AKADEMİK |
Struktur: Fəlsəfə kafedrası
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə elmi dərəcə (Fəlsəfə doktoru);
- Tədrisin ingilis dilində aparılması bacarığı;
- Müasir tədris metodologiyaları və İT resurslarından istifadə bacarığı;
- Elmi-tədqiqat işlərinə maraq və beynəlxalq jurnallarda məqalə dərc etmək təcrübəsi.
Beynəlxalq Əlaqələr şöbəsi / Mütəxəssis
Tələblər:
• Ali təhsil
• İngilis dili biliyi (əlavə xarici dillər üstünlükdür)
• MS Office proqramlarında işləmək bacarığı
• Yazılı və şifahi ünsiyyət bacarıqları
• Komanda ilə işləmə qabiliyyəti
• Beynəlxalq proqramlar (məsələn, Erasmus+) barədə ilkin məlumat üstünlükdür.
HR köməkçisi / Mütəxəssis
Tələblər:
- Ali təhsil;
- AR Əmək Məcəlləsi və son dəyişikliklər barədə məlumatlılıq;
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- Xarici dil biliyi (arzuolunandır).
Elektrotexnika və Elektronika üzrə Mütəxəssis | TECHNOPARK |
Struktur: Texnopark / Texniki şöbə
Texnopark komandamıza elektrotexnika və elektronika sahəsində nəzəri və praktiki biliklərə malik, innovativ düşüncəli və texnologiyalara maraqlı mütəxəssis axtarılır.
Namizədə dair tələblər:
- Bu sahə üzrə ali təhsil;
- Elektrik sxemlərinin oxunması və layihələndirilməsi bacarığı;
- Analog və rəqəmsal elektronika üzrə biliklər;
- Mikrokontrollerlər (Arduino, ESP32 və s.) ilə işləmə təcrübəsi;
- Ölçü cihazları (multimetr, osiloskop və s.) ilə işləmə bacarığı;
- PCB dizayn proqramları (Altium, Proteus, Eagle və s.) üzrə ilkin biliklər;
- Enerji sistemləri və təhlükəsizlik qaydaları barədə anlayış;
- Problem həll etmə və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmə və kommunikasiya bacarığı;
- İngilis dili biliyi (texniki sənədləri oxuma səviyyəsində);
- İT və proqramlaşdırma sahəsində ilkin biliklər üstünlükdür (C/C++, Python).
Vəzifə öhdəlikləri:
- Elektron və elektrik sistemlərinin qurulması və test edilməsi;
- Texniki layihələrin hazırlanması və tətbiqi;
- Avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması;
- Prototiplərin hazırlanması və inkişaf etdirilməsi;
- Texniki sənədləşmə və hesabatların hazırlanması;
- Yeni texnologiyaların araşdırılması və tətbiqi.