Qərbi Kaspi Universiteti

Təqaud

Təqaüd proqramları

Qərbi Kaspi Universitetinin tələbələri üçün Polşada təqaüdlə təcrübə keçmək imkanı

Polşanın Nikolay Kopernik Universiteti ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsi üzrə Turizm sahəsi üzrə təhsil alan 2 tələbəsi 2021/2022 akademik ilinin yaz semesterində Nikolay Kopernik Universitetində təcrübə keçəçək. Təcrübə müddəti 3 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 800 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında AÇIQ MÜSABİQƏ elan edir. Müsabiqədə hal-hazırda Qərbi Kaspi Universitetinin Turizm sahəsi üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

Qeyd etmək istərdik ki, tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur. Bu imkandan yararlanmaq istəyən tələbələr fevralın 28-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində administration_iro@wcu.edu.az ünvanına göndərə bilərlər.

Əlavə sualınız yarandığı təqdirdə administration_iro@wcu.edu.az ünvanına müraciət edə bilərsiniz.