Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 10 : Bərabərsizliyin Azaldılması

“Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq”

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında məqsəd ilə əlaqəli 6 modul təqdim edirik və 500 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik

Ayrı-seçkiliyi və bərabərsizliyi azaltmaq Qərbi Kaspi Universitetinin ən vacib hədəflərindən biridir. Biz universitet olaraq cəmiyyət qarşısında sosial məsuliyyətimizi başa düşərək universitet daxilində və xaricində bu Davamlı İnkişaf Məqsədini həm tələbələrimiz, həm işçilərimiz, həm də cəmiyyət üçün təmin etməkdəyik.

Qərbi Kaspi Universiteti, hər hansı bir etnik qrupa və ya azlıqlara qarşı qərəzli və ya cinsi istismara yönəlmiş fəaliyyətlərə heç bir tolerantlıq göstərmir. Tələbə və işçilərimizdən olan hər hansı bir azlıq qrup üzvünə qarşı birbaşa və dolayı ayrı-seçkilik, universitetin daxili siyasəti çərçivəsində və milli qanunvericilik çərçivəsində qadağandır. İcra mexanizmi Sosial və Humanitar Məsələlər üzrə Rektor müavinləri tərəfindən izlənilir.

Bundan əlavə, fiziki məhdudiyyətli tələbələrimizin universitetin hər bir binasına asanlıqla daxil olmasını təmin edirik. Həm də Universitetə gəlməkdə çətinlik çəkən belə tələbələrimiz üçün daimi onlayn dərslərimiz var.

Disability Support

Üstəlik fiziki məhdudiyyətli tələbələrimizə və işçilərimizə Tyutor xidməti mərkəzində fiziki, təhsil və psixoloji dəstək veririk.

Gender Araşdırma Mərkəzimizin tədqiqatlar, nəşrlər, vebinarlar və seminarları Universitetimiz tərəfindən aparılır. Bu fəaliyyətlər hər zaman ictimaiyyətə açıq şəkildə təşkil olunur.

Məqsədlə əlaqəli tədbirlər

Bu məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər

Human Rights Office

University Ethics