Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Qərbi Kaspi Universiteti ilə İtaliyanın Cüzeppe De Cennaro adına LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum iki ali təhsil müəssisəsi arasında beynəlxalq akademik əlaqələrin inkişaf etdirilməsi, təhsil və elmi tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq Qərbi Kaspi Universitetinin beynəlmiləlləşmə strategiyasına töhfə verməklə yanaşı, tələbə və müəllim heyətinin beynəlxalq akademik mühitə inteqrasiyasını dəstəkləməyə, yeni təhsil və tədqiqat imkanlarının formalaşmasına xidmət edir.
Qərbi Kaspi Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirmək və tələbələri üçün yeni akademik imkanlar yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.







