Western Caspian University

NEWS

  • Home
  • NEWS
  • Qərbi Kaspi Universitetinin fəlsəfə və psixologiya klubları tələbələrin intellektual inkişafına töhfə verən tədbir keçirib.

Qərbi Kaspi Universitetinin fəlsəfə və psixologiya klubları tələbələrin intellektual inkişafına töhfə verən tədbir keçirib.

Universitetinin fəlsəfə və psixologiya klubunun birgə təşkilatçılığı ilə 28 noyabr tarixində “Stoizm fəlsəfəsinin əsas prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində stoizm fəlsəfəsinin yaranma tarixi, əsas nümayəndələri, mahiyyəti və gündəlik həyatda tətbiqi haqqında ətraflı məlumat verilib. İnsanların öz nəzarətində olan və olmayan hadisələri fərqləndirməsi, emosiyalarını idarə etməsi, çətinliklər qarşısında soyuqqanlılığını qoruması və rasional düşünməsinin əhəmiyyəti vurğulanıb.

Maarifləndirici hissədən sonra mövzuya uyğun interaktiv və komanda oyunları təşkil olunub.

Praktik tapşırıqlar vasitəsilə tələbələr stoik prinsipləri müxtəlif həyat situasiyalarında tətbiq etmək və fərqli yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.

Tədbir tələbələrin dünyagörüşünün genişlənməsi, tənqidi və rasional düşünmə bacarıqlarının inkişafı, eləcə də fəlsəfi mövzulara maraqlarının artırılması baxımından əhəmiyyətli olub.