Western Caspian University

NEWS

  • Home
  • NEWS
  • Qərbi Kaspi Universitetinin tələbələri görkəmli şair Səməd Vurğunun ev muzeyini ziyarət ediblər.

Qərbi Kaspi Universitetinin tələbələri görkəmli şair Səməd Vurğunun ev muzeyini ziyarət ediblər.

Görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi çərçivəsində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, fil.ü.f.d Ülkər Hüseynovanın rəhbərliyi ilə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan III kurs tələbələri şairin ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı tələbələr Səməd Vurğunun həyat və yaradıcılığı, zəngin ədəbi irsi, şəxsi əşyaları və xatirələri ilə yaxından tanış olub, onun Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətləri və milli ədəbi fikir tarixindəki mövqeyi haqqında biliklərini daha da dərinləşdiriblər.