Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Elnara Firdous

Lecturer

Material's resistance

+994 12 565 39 74

elnare.firdus@wcu.edu.az

Materiallar müqaviməti, Poliqrafiya istehsalının əsasları-2, Çapaqədər,çap və çapdansonrakı proseslərdə KT və texn-nın  əsasları, Tərsimi həndəsə və mühəndis qrafikası,  Mühəndis qrafikası və dizayn, Mebel isteh. texnologiyası.

Akademik fəaliyyətinin istiqamətləri:

  • Texniki fənnlər

Təhsil və peşə fəaliyyəti haqqında məlumat:

Elnarə Firdus 1969 il 27 mart, Bakı şəhərində anadan olmuşdur. 1976-1986 – cı illərdə 52№-li orta məktəbdə təhsil almışdır.

1986-cı  il Azərbaycan Texniki Universitetinə daxil olmuş, 1991 -ci ildə “Maşınqayirma texnologiyası” ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək “Avtomatlaşdırılmış layihələndirmə sistemləri” kafedrasına stajçı-tədqiqatçı vəzifəsinə təyin edilmişdir.

2012-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Kompleksi üçün kadrların hazırlanması məqsədi ilə yaradılmış “Xüsusi Texnika və Texnologiya” fakültəsinin dekanlığında akademik məsləhətçi  vəzifəsinə təyin edilmişdir.

2014-cü ildə Azərbaycan Dövlət Universiteti tərəfindən təşkil edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyiin Əsasnamələrinə uyğun, tədrisin Boloniya prosesi və kredit sistemi ilə təşkilinin əsaslarını, tədrisin idarə olunması Sistemi” üzrə təşkil edilmiş təlim kurslarını tam mənimsəmiş və fərqlənmə sertifikatı ilə bitirmişdir.

2015-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyasında texniki fənnləri (“Nəzəri mexanika”, “Materiallar müqaviməti”, “Metrologiya, standartlaşdırma və setrifikatlaşma”, “Maşın və  mexanizmlər nəzəriyyəsi” və “Maşınqayirma texnologiyası”) tədris edir.

2020-ci ildə Azərbaycan Texniki Universitetində “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnamələrinə uyğun, tədrisin Boloniya prosesi və kredit sistemi ilə təşkilinin əsaslarını, tədrisin idarə olunması Sistemi” üzrə Azərbaycan İqtisad Universiteti tərəfindən keçirilən attestasiyadan müvəffəqiyyətlə keçmişdir.

2021-ci ildən Azərbaycan  Respublikası  Qərbi  Kaspi Universitetinin  “Mexanika və riyaziyyat” kafedrasında müəllim vəzifəsində çalışır.

“Uzunömürlü dəqiq detalların hazırlanma texnoloji prosesinin tətqiqi” мövzusu üzrə  “Maşınqayırma texnologiyası” fakültəsinin 30 noyabr 2015 il tarixli Elmi şurasında təstiq edilmiş elmi-tətqiqat işində çalışıb.

Xidməti vəzifələrinin icrası zamanı yüksək nəticələrə nail olduğuna görə 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyasında 2019-cu ildə “Nəzəri mexanika, statika” metodiki dərs vəsaiti, 10 məqalələlər çap edilmiş, fənlər üzrə proqramların müəllifidir.