Western Caspian University

Teachers

School of Design

Gizgayit Guliyeva

Lecturer

+994 12 565 39 74

qizqayit.quliyeva@wcu.edu.az

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Quliyeva Qızqayıt Elman qızı 1991-ci il may ayının 13-də  Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətinin Sarı Özək qəsəbəsində  anadan olmuşdur. Azərbaycanlıdır.1996-cı ilin sentyabr ayının 1-də Azərbaycan Respublikasının Göy-Göl rayonunda 1 saylı orta məktəbə daxil olmuşdur.2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildən 2007-ci ilədək təhsilini Salyan rayon Ziyad Həmidov adına Çuxanlı kəndi orta məktəbində təhsilini davam etmişdir.1999-cu ildən 2006-cı ilədək Aşıq Şəmşir adına Göy-Göl 7 illik uşaq musiqi məktəbində təhsil almış və fortepiano ixtisası üzrə bitirmişdir.2005-ci ildə Gəncə qarnizonu zabitlər evində 20 aylıq “Biçmə-tikimə” kursunu bitirmişdir.2010-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur və 2014-cü ildə “Dizayner-rəssam” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. Diplom A № 0379242014-cü ildən 2015-ci ilədək hazırlıq kursunda “Rəssam-Dizayner” ixtisası üzrə müəllimə işləmişdir.2015-ci 2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakultəsində “dizayn sənətinin tarixi və nəzəriyyəsi” magistr elmi-ixtisas dərəcəsi üzrə təhsil almışdır. Diplom AM № 015680. 2016- cı ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Respublika üzrə keçirilən müxtəlif mövzular üzrə sərgilərdə iştirak edərək mütəxxəsis diplomu və sertifikatlara layiq görülmüşdür. Hal hazırda Qərbi Kaspi Universitetinini Kollecində  Dizayn ixtisası üzrə müəllim vəzifəsində çalışır.