Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Ulker Gadiyeva

Lecturer

Ecology, Forestry, Soil science

+994 12 565 39 74

ulkarqadiyeva@wcu.edu.az

 Qədiyeva Ülkər Rauf qızı 2007 –ci ildə Bakı şəhəri Xətai rayonu 56 saylı orta məktəbi bitirmişdir. 2011- ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya və təbiətdən istifadə” fakültəsinin “Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi” ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə  Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin  “Ekologiya” ixtisası üzrə magistr pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 2014-cü ildən  Azərbaycan Milli Elmlər Akademiyasının “Genetik Ehtiyatlar İnstitutunun” “Ekobotanika və sistematika” şöbəsində başlamışdır. Daha sonra “Eroziya və Suvarma İnstitununun” “Suvarılan torpaqların meliorasiyası və ekologiyası” laboratoriyasında,  “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpağın aqrokimyəvi tədqiqatları və kütləvi analizi” laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır.

2014-cü ildən  Qeyri Hökümət Təşkilatının “Ekoloji Təşəbbüslər Mərkəzinin”  Direktoru vəzifəsində çalışmışdır.

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpaqşünaslıq” ixtisası üzrə Doktoranturaya qəbul olmuşdur. Hal –hazırda dissertasiya işi üzrə apardığı tədqiqat işlərinə nəzərən  xarici və yerli jurnallarda  məqalələri dərc edilmişdir.  

 Təhsil aldığı və çalışdığı illərdə gənc elmi  tədqiqatçı bir çox elmi konfranslarda, layihələrdə iştirak etmiş və İSO 14001-2004 Standartı ürzə tədris kursları keçmişdir.

2020-ci ildə İngiltərənin London şəhərində Sutton College (ESOL) –kollecində ingilis dili kursu keçərək sertifikatlar əldə etmişdir.

Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müəlliməsidir.

Elmi əsərləri:

1.”Böyük Qafqazın cənub-şərq yamacının boz-qəhvəyi torpaqlarının morfogenetik xüsusiyyətlərinə eroziya prosesinin təsiri”, XXI Əsrdə Ekologiya  və Torpaqşünaslıq elmlərinin aktual problemləri, VII Respublika Elmi Konfransının Materialları, Bakı Dövlət Universiteti, 3-4 may, Bakı -2018. S.127-128.

2. “Boz-qəhvəyi torpaqların morfogenetik xüsusiyyətləri” Biologiyanın  müasir problemləri-Respublika Elmi Konfransının Materialları, 23-24 oktyabr, Sumqayıt 2018,S.168-170.

3.”Azərbaycanın müxtəlif ərazilərində yayılmış torpaq tipləri və orada eroziyann yayılma intensivliyi” Azərbaycan Aqrar Elm jurnalı 2018, s.110.

4.“Böyük Qafqazın cənub-şərq yamacı torpaqlarında deqredasiyanın səbəbləri”, Dağlar: Mədəniyyətlər, landşaftlar və biomüxtəliflik-Beynəlxalq Konfransı, 10-12 may, Bakı-2019, s.254.

5.”Böyük Qafqazın cənub-şərq yamacında dağ boz-qəhvəyi torpaqların eroziyaya  qarşı davamlığının göstəriciləri” Azərbaycan Torpaqşünaslar cəmiyyətinin əsərlər toplusu. XV cild/volume, Bakı-Elm-2019, s.182-185.

6.”Böyük Qafqazın cənub-şərq yamacındakı otlaqların meliorasiya tədbirləri məqsədi ilə qruplaşdırılması”Akademik Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyinə həsr edilmiş “Torpaqların ekologiyası, meliorasiyası və energetikası”  mövzusunda Elmi-Praktiki Konfransın materialları, Bakı-2020, s. 170-173.

7. "Hipsimetric and morphometric characters of soil surface in the Gobustan region", опубликован в рецензируемом научном журнале "Тенденции развития науки и образования", Май, 2021, ст: 153-157.

8. “Çoxillik otların və mineral gübrələrin eroziyaya uğramış boz-qəhvəyi torpaqların mikrobioloji fəallığına təsiri”  Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri, № 59,   Bakı- dekabr,2021.