Qərbi Kaspi Universiteti

Bulluton

Bio klub

BioKlub biologiya sahəsində anlayış və metodların tətbiqini həyata keçirən tələbə təşkilatıdır. Klub olaraq missiyamız biologiya və əlaqəli elmlərlə maraqlanan bütün tələbələrə auditoriyadan kənarda biliklərini dərinləşdirməyə, idealarını həyata keçiməyə və bu fənlərdən həzz almaq imkanı verməkdir. Həmçinin klubda tələbələrə liderlik, idarəçilik, dostluq və komanda kimi işləmək qabiliyyətinin artırılması da öyrədilir. 

 

Klubun məqsədi:

  • Fərqli maraqları olan tələbələri elmə olan marağını inkişaf etdirmək; 

  • Tələbələrlə universitetimiz arasında həmrəyliyi gücləndirmək; 

  • Universitetimizi tanıtmaqla təhsil və ictimai həyat baxımından daha maraqlı mühit yaratmaq, 

  • Təhlil, sintez və qiymətləndirmə bacarığı olan kadrların hazırlanmasını təmin etmək, 

  • Tələbələrə maraq göstərdikləri sahədə işləmək və təqdimat bacarıqlarını təkmilləşdirmək imkanı yaratmaq. 

  • Yeniliyi izləməyi və biliyi inkişaf etdirməyi təmin etmək;  

  • Tələbələrə akademik dürüstlüyü təbliğ etmək 

 

Klubun Fəaliyyəti:

  • Komanda şəklində layihələr həyata keçirmək; 

  • Yay və qış məktəblərinin təşkil etmək; 

  • Sahə səfərlərinin və ekspedisyaların təşkili; 

  • Yeli və beynəlxalq universitetlərin oxşar klubları ilə əməkdaşlıq etmək; 

  • Təlimlər, konfranslar və seminarlar təşkil etmək; 

  • Elmi debatlar, seminarlarda, viktorinalarda və s. iştirak etmək; 

  • Sərgi və festivallarda iştirak etmək; 

  • Klub üzvlərinin sosial və mədəni inkişafını təmin etmək; 

Üzvlük:

Kluba üzvlük hər bir tələbə üçün sərbəstdir.