Qərbi Kaspi Universiteti

“Əmək bazarının müasir vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi istiqamətləri”

Qərbi Kaspi Universitetinin “Maliyyə və mühasibat uçotu” kafedrasının və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində “Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya”nın birgə  təşkilatçılığı ilə 09.03.2023 tarixində 15.00-da “Əmək bazarının müasir vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda elmi praktiki konfrans keçirəcəkdir.
Tədbirdə “Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya”nın idarə heyətinin sədrinin müavini, iqtisad üzrə fəlsəfə doktoru Əliyev Sənnur Nizaməddin oğlu çıxış edəcəkdir.
Tədbirin keçiriləcəyi yer: Əhməd Rəcəbli 1.25 – 1 saylı korpus, Konfrans zalı