Qərbi Kaspi Universiteti

Xaricdə könüllülük və qeyri-formal təhsil imkanları ilə bağlı məlumat sessiyası

Xaricdə könüllülük və qeyri-formal təhsil imkanları ilə bağlı məlumat sessiyası

Xaricdə könüllülük və qeyri-formal təhsil imkanları (təlim kursları, gənclər üçün mübadilə proqramları) haqqında məlumat sessiyası təşkil olunacaq
Sağlam Düşüncə Gənclər Təşkilatı və Qərbi Kaspi Universitetinin əməkdaşlığı çərçivəsində noyabrın 18-də Azərbaycan gəncləri üçün qeyri formal təhsil imkanları haqqında məlumat sessiyaları təşkil ediləcək.
Məlumat Sessiyaları zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik proqramları, Azərbaycanlı gənclər üçün imkanlar və müraciət qaydaları haqqında məlumat veriləcək və tələbələrin sualları cavablandırılacaq. Məlumat Sessiyaları Azərbaycan dilində təşkil ediləcək. Bu sessiyanın təhsillə heç bir bağlılığı yoxdur, yalnız qeyri formal təhsillə bağlı informasiyanı özündə əks etdirir.
Tədbir “Sağlam Düşüncə” Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyev tərəfindən aparılacaq.
Tədbirə Qərbi Kaspi Universitetinin tələbələri dəvətlidir. İştirak etmək istəyən gənclər aşağıda yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son müraciət tarixi: 17 Noyabr 2022
Vaxt: 12:00-13:00

https://docs.google.com/forms/d/e/1FAIpQLSf52YI06nx5phlnwP3kLoeeHwSp4K70Kz1YsGEtW-TZEEIEaA/viewform?vc=0&c=0&w=1&flr=0&fbclid=IwAR2r-pu7XE3IjnVXmum4bizMYM716CTreRflaF3_M0-xKOg8m5rsn1yN-Hw