Qərbi Kaspi Universiteti

Fakültələr

Dizayn kafedrası

KOMPÜTER QRAFİKASI VƏ DİZAYN TEXNOLOGİYALARI KÜRSÜSÜ

Kompüter qrafikası  və dizayn texnologiyaları kürsüsündə mövcud fənlərin tədrisi nəticəsində  tələbələr  təsvirlərin yaradılması və saxlanması prinsipləri barədə ətraflı məlumat alırlar və qrafik redaktorların əsas imkanlarından istifadə edərək  layihə tapşırıqlarını həyata keçirirlər. Kompüter qrafikası və dizayn texnologiyaları kürsüsündə əldə edilən biliklər   nəticəsində rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar (məsələn, 3 ds MAX proqramı), avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramları vasitəsilə  interyer dizaynı, qrafik dizayn və s. istiqamətlərdə müxtəlif dizayn layihələr həyata keçirilir. Tələbələr kürsünün müxtəlif layihələrinə cəlb olunur , kürsünün  fəaliyyətində fəal iştirak edirlər.

Tədris olunan fənlər:  

  • Tərsimi həndəsə və texniki rəsm
  • Perspektivanın qurulması
  • İnformatika və kompüter qrafikası
  • Material, texnika və texnologiyası
  • Konstruktivləşdirmənin əsasları
  • Erqonomika
  • Kompüter layihələndirilməsi

 

ÜMUMİ DİZAYN VƏ HƏCMLİ YARADICILIQ KÜRSÜSÜ

Ümumi dizayn və həcmli yaradıcılıq  kürsüsü “Dizayn” ixtisası üzrə təhsil alan tələbələrin peşə hazırlığında əsas yerlərdən birini tutur. Tələbələrin bədii yaradıcılıq təfəkkürünün inkişafı üçün, onların layihələndirmədə həm nəzəri, həm də təcrübi biliklərə yiyələnmələri üçün bu kürsüdə tədris edilən fənlərin böyük əhəmiyyəti var. Kürsüdə tədris edilən fənlərin öyrənilməsi nəticəsində tələbələr geniş spektrli bədii vasitələrdən və layihə metodlarından istifadə edərək müxtəlif professional məsələlərin həlli üçün  bacarıqlarını inkişaf etdirirlər və bunun nəticəsində də müxtəlif mürəkkəblikdə olan layihələrin hazırlanması üçün imkan əldə edirlər.

Kürsüdə tədris edilən incəsənətin və dizaynın nəzəriyyəsi ilə bağlı fənlər dünya təsviri incəsənəti və dizayn tarixinin qədim dövrdən bu günə kimi mürəkkəb kompleksini əhatə edir. Yığcam şəkildə dünya incəsənətinin ən mühüm dövrləri, üslubları və böyük rəssamların yaradıcılığı təhlil edilir, hər dövrün və üslubun ancaq ona xas olan spesifik xüsusiyyətləri, onların bənzərsiz estetik lətafəti göstərilir.

Tədris olunan fənlər: 

  • Dizaynın əsasları
  • İncəsənət və dizayn tarixi
  • Layihə qrafikası və rəngli kompozisiya
  • Maketləşdirmə
  • Arxitektonika
  • Layihələndirmə
  • Mühit dizaynı
  • Sistemli layihələndirmə
  • Vizual kommunikasiyalar
  • Qrafik dizayn
  • Fotodizayn
  • Müasir dizaynın problemləri

 

RƏSM VƏ RƏNGKARLIQ

Bu kürsüdə təqdim edilən fənlərin tədrisi real aləmin həcmi, rəngi, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərin canlandırılmasına kömək edir, tələbələrdə  rəssamlıq sənətinə xas olan əsas -obrazlılıq, emosionallıq əlamətlərini inkişaf etdirir, təsvirin komponentləri  olan rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi  ifadə vasitələrinin qanunları öyrədilir.

Tədris olunan fənlər:  

  • Rəsm
  • Rəngkarlıq
  • Dizaynda xüsusi rəsm
  • Dizaynda xüsusi rəngkarlıq