Filologiya (Ingilis dili və Ədəbiyyatı)
Proqram: Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Tədris planı 2023: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis dili
Program haqqında
Proqramın məqsədi ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək; özəl və ya dövlət müəssisələrində bakalavr səviyyəsində filoloq mövqeyi tutmaq üçün bilik vermək, eyni zamanda ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqları aşılamaqdır. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır. Bu ixtisas tələbələrdə filologiya elmini əhatə edən bilikləri aşılayır. Dərslər respublikada və respublikadan kənar mövcud dərsliklərin potensialından istifadə etməklə tədris edilir. Bizim əsas hədəfimiz həm ədəbiyyat, həm də dilçilik sahəsində ixtisas dili üzrə filologiya elminin bütün incəliklərinə yiyələnmiş kadr resurslarının hazırlanmasıdır.
Əldə ediləcək bilik və bacarıqlar
- Filologiya (ixtisas dili və ədəbiyyatı) sahasində təməl araşdırma vərdişlərinə sahib olmaq;
- İxtisas dilini onun müxtəlif aspektlari və funksional üslubları baxımından darindən öyrənmək;
- Dilşünaslıq və ədəbiyyatşünaslıq sahəsində fundamental konsepsiyalar haqqında bilik va tanqidi baxış inkişaf etdirmək;
- Dilin spesifikası, mahiyyəti və funksiyaları barəda müfəssəl biliyə sahib olmaq;
- Dilşünaslıq sahələrində tatbiq edilən ümumi metod va üsulları mənimsəmək va kiçik həcmli tədqiqatlarda tətbiq edə bilmək;
- Dilçilik elminin tarixi, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında biliyə sahib olmaq.
Məzunların iş tapmaq imkanları
Proqramı uğurla başa çatdıran məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlannda və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müassisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər. Bundan əlava,
məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik ve komitələrdə hamçinin agentliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/ məsləhətçi olaraq da çalışa bilərlər.
İNGİLİS DİLİ VƏ ƏDƏBİYYATI İXTİSASINDA tədris olunan fənnlər
- Peşəkar tərcümənin əsasları
- Öyrənilən əsas dil-1
- Öyrənilən əsas dil-2
- Öyrənilən əsas dil-3
- Öyrənilən əsas dil-4
- Yazılı tərcümə-1
- Yazılı tərcümə-2
- Praktiki tərcümə
- Diplomatik sənədlərin tərcüməsi
- KİV tərcüməsi
- Ölkə ədəbiyyatı tarixi (1945–2000)
- Dünya ədəbiyyatı (Qədim dövr)
- Ölkə ədəbiyyatı (XVI–XIX əsrlər)
- Tələffüz və şifahi nitq vərdişləri-1
- Tələffüz və şifahi nitq vərdişləri-2
- Tələffüz və şifahi nitq vərdişləri-3
- Ədəbiyyatşünaslığa giriş
- İdiomatik ingilis dili
- Öyrənilən əsas dil-2
- Xarici dildə işgüzar akademik kommunikasiya-1
- Xarici dildə işgüzar akademik kommunikasiya-2
- Xarici dildə işgüzar akademik kommunikasiya-3
- Tərcüməçinin oxu vərdişləri-1
- Tərcüməçinin yazı vərdişləri-1
- Tərcüməçinin oxu vərdişləri-2
- Tərcüməçinin yazı vərdişləri-2
- Tərcümə və mədəniyyətlərarası ünsiyyət
- X blok: SF1 Hüquqi tərcümə
- X blok: SF1 Siyasi tərcümə
- Akademik yazı
- IX blok: 1 Ekologiya sahəsi üzrə tərcümə
- Tərcümə və müqayisəli üslubiyyət
- Tərcümə nəzəriyyəsi
- Kompüter tərcümə proqramları
- Sənədləşmə və terminologiya
- Yazılı mətnin şifahi tərcüməsi
- Ardıcıl tərcümə və qeydgötürmə texnikası
- Şifahi tərcümə
- SF VIII Romantizm dövrü, yazıçıların üslubi xüsusiyyətləri
- Şekspirin yaradıcılığı
- Müxtəlif mədəni kontekstlərin tərcüməsi
- Üslubiyyat və ritorika
- Ölkə ədəbiyyatı tarixi
- Dünya ədəbiyyatı
- Ümumi dilçilik
- Dil tarixi
- Dilçiliyə giriş
- SF 9 İngilis dilində ədəbiyyat mütaliəsi
- Uşaq ədəbiyyatı
- Linqokulturologiya
- İngilis dili ölkələrin dil və mədəniyyəti
- Ölkəşünaslıq
- Hekayə janrı
- Dramaturgiyaya giriş
- Leksikologiya
Seçmə fənlər:
- KİV tərcüməsi
- Diplomatik sənədlərin tərcüməsi
- Praktiki tərcümə
- İdiomatik ingilis dili
- SF 9 İngilis dilində ədəbiyyat mütaliəsi
- SF VIII Romantizm dövrü, yazıçıların üslubi xüsusiyyətləri
- Ekologiya sahəsi üzrə tərcümə
- Hüquqi tərcümə
- Siyasi tərcümə