Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində Xalq şairi Vahid Əziz ilə görüş keçirilib

Qərbi Kaspi Universitetində Xalq şairi, “Şərəf” ordeni laureatı, şair, tərcüməçi və publisist Vahid Əziz ilə görüş keçirilib.

Şair universitetin Filologiya və tərcümə fakültəsinin tələbələri ilə görüşüb.

Görüş zamanı Vahid Əziz həyat və yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyət həyatındakı rolu, həmçinin gənclərin mənəvi formalaşmasında poeziyanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Səmimi atmosferdə keçən tədbirdə şair sevilən şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb və onlarla maraqlı fikir mübadiləsi aparıb.

Görüş böyük maraqla qarşılanıb və ilhamverici anlarla yadda qalıb.