Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində payız mühazirələri çərçivəsində siyasi elmlər üzrə elmi seminar təşkil olunub.

Qərbi Kaspi Universitetində payız mühazirələri çərçivəsində siyasi elmlər üzrə elmi seminar təşkil olunub.

Qərbi Kaspi Universitetində payız mühazirələri çərçivəsində siyasi elmlər üzrə elmi seminar təşkil olunub.

 

Qərbi Kaspi Universitetində Payız mühazirələri proqramı çərçivəsində politoloq, siyasi elmlər namizədi Yuri Baçarovun iştirakı ilə tələbələr üçün elmi seminar təşkil olunub.

İki gün davam edəcək seminarın əsas məqsədi tələbələrin siyasi və ictimai proseslərə dair nəzəri biliklərinin genişləndirilməsi, müasir siyasi proseslərin elmi yanaşmalar əsasında təhlili və bu sahədə akademik müzakirə mühitinin formalaşdırılmasıdır.

Seminarda Siyasi-İctimai Elmlər Məktəbinin tələbələri iştirak edib. Tədbir zamanı siyasi elmlərin aktual istiqamətləri, müasir siyasi proseslər və ictimai-siyasi münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

 

Seminarın interaktiv formatda keçirilməsi tələbələrə mövzu ilə bağlı fikirlərini bölüşmək, müzakirələrdə fəal iştirak etmək və nəzəri biliklərini praktiki nümunələrlə zənginləşdirmək imkanı yaradıb.

Wcu