Alman universitetlərinin təhsil ekspertləri QKU-ya səfər edib
Alman universitetlərinin təhsil ekspertləri Qərbi Kaspi Universitetinə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti universitetin rəhbərliyi və akademik heyəti ilə görüş keçirib.
Görüşdə ali təhsildə keyfiyyətin artırılması, müasir tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və tələbə mübadilə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin nümayəndə heyəti universitetin akademik proqramları və innovativ layihələri ilə yaxından tanış olub.
Onlara universitetin beynəlxalq reytinqlərdə iştirakı, ikili diplom proqramları, tələbə və müəllim mübadilə imkanları barədə ətraflı məlumat verilib.
Tərəflər birgə layihələr və gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
Nümayəndə heyəti laboratoriyalara, tədris otaqlarına və universitetin müasir təhsil infrastrukturuna baxış keçiriblər. Tədrisin keyfiyyətini yüksək qiymətləndiriblər.
Qərbi Kaspi Universiteti qlobal akademik əməkdaşlığın genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların qurulmasına böyük önəm verir.