Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Almaniyanın müxtəlif universitetlərindən olan təhsil ekspertləri QKU-ya səfər ediblər

Almaniyanın müxtəlif universitetlərindən olan təhsil ekspertləri QKU-ya səfər ediblər

Almaniyanın müxtəlif universitetlərindən olan təhsil ekspertləri Qərbi Kaspi Universitetinə səfər ediblər.

Səfər çərçivəsində qonaqlar universitetin rəhbərliyi və akademik heyəti ilə görüş keçirib. 

Ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və tələbə mübadilə proqramları ilə bağlı danışıqlar aparılıb.

Nümayəndə heyəti həmçinin universitetin tədris proqramları və innovativ layihələri ilə tanış olub.

Onlara universitetin beynəlxalq reytinqlərdə iştirakı, ikili diplom proqramları, tələbə və müəllim mübadilə imkanları barədə ətraflı məlumat verilib. 

Səfər çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivlərini və birgə layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.

Qonaqlar laboratoriyalar, auditoriyalar və ümumi təhsil infrastrukturu ilə tanış olub, tədrisin səviyyəsini yüksək qiymətləndiriblər.