Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Baharın Sədası – II” adlı intellektual oyun təşkil olunacaq

“Baharın Sədası – II” adlı intellektual oyun təşkil olunacaq

Qərbi Kaspi Universitetində “Baharın Sədası – II” adlı intellektual oyun təşkil olunacaq.
Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tədbir 18 mart 2026-cı il tarixində keçiriləcək.

İntellektual oyun iki növbə üzrə baş tutacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 14:00-da keçiriləcək.

Tədbir Qərbi Kaspi Universitetinin Əhməd Rəcəbli A korpusunda təşkil olunacaq.

Məqsəd tələbələrin bilik və intellektual bacarıqlarını inkişaf etdirmək, eyni zamanda onların asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.

İştirak etmək istəyən tələbələr 16 mart 2026-cı il saat 20:00-dək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/jR6eZt9bB2coNqXU8