Beynəlxalq elmi konfransın qonaqları Azərbaycanın müxtəlif bölgələrinə səfər ediblər
Qərbi Kaspi Universitetində keçirilən “İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində əcnəbi qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər ediblər.
Səfər zamanı Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi və “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət ediblər.
Qonaqlara Azərbaycanın zəngin tarixi, mədəni irsi və təbii landşaftı haqqında ətraflı məlumat verilib.