3-cü Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransının həmtəşkilatçısı — BMT-nin Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi (Sustainable Caucasus)
3-cü Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransının həmtəşkilatçısı — BMT-nin Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi (Sustainable Caucasus)
Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi (Sustainable Caucasus) Qafqaz regionunda dağlıq ərazilərin davamlı inkişafını dəstəkləyən regional şəbəkədir. Şəbəkə regional əməkdaşlığın gücləndirilməsi, elmi bilik və təcrübə mübadiləsinin təşviqi və dağlıq ərazilərin davamlı inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.
Onun fəaliyyət istiqamətləri iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların səmərəli idarə olunması və dağlıq ərazilərin sosial-iqtisadi inkişafı kimi mühüm məsələləri əhatə edir.
Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi (Sustainable Caucasus) 2024-cü ildə Qərbi Kaspi Universitetində keçirilən 2-ci “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransının da həmtəşkilatçısı olmuşdur. Bu əməkdaşlıq 2026-cı ildə keçiriləcək 3-cü Beynəlxalq Konfransla davam etdirilir.
Bu tərəfdaşlıq Qafqaz dağlıq regionlarında elmi əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin və davamlı inkişaf üzrə birgə təşəbbüslərin gücləndirilməsinə xidmət edir.
