Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Dizayn və Memarlıq Məktəbində tələbələr mükafatlandırılıb

Dizayn və Memarlıq Məktəbində tələbələr mükafatlandırılıb

Qərbi Kaspi Universitetinin Dizayn və Memarlıq Məktəbində "Ən kreativ yolka" müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tələbələrin müxtəlif elementlərdən müxtəlif dizaynlarda düzəltdikləri yolka ağacları münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib, onlara sertifikat və mükafatlar təqdim edilib.
Eyni zamanda beynəlxalq sərgidə uğur qazanmış müəllim və tələbələrə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Koreyanın Busan şəhərində “BUSAN” Beynəlxalq Festivalı keçirilib. Dünyanın 42 ölkəsindən 500-dən çox rəssamın iştirakı ilə baş tutan bu beynəlxalq sərgidə Azərbaycanı 10 rəssam təmsil edib. Onlardan yeddisi Qərbi Kaspi Universitetinin müəllim və tələbələri olub və onların uğurla iştiraka görə müxtəlif nominasiyalarda təltif olunublar.