Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Elmi Kitabxana Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi keçirilib

Elmi Kitabxana Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi keçirilib

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi keçirilib.

Sərgidə şəhərsalma, memarlıq sənəti, dünya memarlıq abidələri, Azərbaycanın, xüsusilə Bakının memarlıq nümunələri, eləcə də tanınmış memarlar haqqında nəşrlər nümayiş etdirilib. İştirakçılar təqdim olunan kitablarla tanış olaraq mövzu ilə bağlı geniş məlumat əldə ediblər.

Elmi Kitabxana Mərkəzi gələcəkdə də oxucular üçün maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.