Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Əməkdaşlarımız “Qlobal Ali Təhsil Üçün Növbəti Addım” adlı vebinarda iştirak edib

Əməkdaşlarımız “Qlobal Ali Təhsil Üçün Növbəti Addım” adlı vebinarda iştirak edib

Əməkdaşlarımız “Qlobal Ali Təhsil Üçün Növbəti Addım” adlı vebinarda iştirak edib

Qərbi kaspi Universitetinin əməkdaşları Avropa Universitetləri Birliyi tərəfindən təşkil olunmuş “Qlobal Ali Təhsil Üçün Növbəti Addım” adlı vebinarda iştirak edib.
Vebinarın məqsədi 2030-cu ilə qədər ali təhsil siyasətinə dair qlobal baxışı müəyyən etmək olub.
Vebinar zamanı növbəti onilliklər üçün qlobal ali təhsilin tendensiyaları, yeni trend və hədəfləri, risklər, eləcə də universitetlərin və ölkələrin mümkün əməkdaşlığı müzakirə edilib.
İştirakçıları arasında Hilligje van’t Land (Beynəlxalq Universitetlər Birliyinin Baş Katibi), Ole Petter Ottersen (Karolinska Universitetinin rektoru), Thomas Jorgensen (Beynəlxalq Universitetlər Birliyinin Siyasət Koordinasiyası və Proqramlaşdırma üzrə direktoru) və Tia Loukkola (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar Direktorluğunun İnnovasiya və Tərəqqi Şöbəsinin rəhbəri) yer alıb.