Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin əcnəbi tələbələri Azərbaycan dili imtahanı veriblər

Qərbi Kaspi Universitetində Azərbaycan dili hazırlıq kursunda təhsil alan əcnəbi tələbələr üçün imtahan keçirilib.

Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin iştirak etdiyi imtahan uğurla başa çatıb. 

Tələbələr Azərbaycan dili üzrə əldə etdikləri bilikləri nümayiş etdirərək yüksək nəticələr əldə ediblər.

İmtahanı uğurla başa vurduqdan sonra tələbələr sertifikatlarla təmin olunublar.

Azərbaycan dili hazırlıq kursu əcnəbi tələbələrin dil bacarıqlarını inkişaf etdirməsi, Azərbaycan mühitinə uyğunlaşması məqsədi daşıyır.