Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İspan professor tələbələrimiz üçün mühazirələrlə çıxış edəcək

İspan professor tələbələrimiz üçün mühazirələrlə çıxış edəcək

Beynəlxalq Yaz Mühazirələri Çərçivəsində növbəti qonaq mühazirəçi Dr. Marina Garcia-Broch Martindir.

Dr. Marina Garcia-Broch Martin memar, pedaqoq və İnteryer Dizayn sahəsində fəal tədqiqatçıdır. O, memar adını 2000-ci ildə Navarra Universitetində alıb.

2005-ci ilə öz studiosunu açana qədər müxtəlif memarlıq studiolarında çalışıb.

Bununla yanaşı 2016-cı ildən Valensiyadakı EASD İncəsənət və Dizayn Məktəbində və EASD Castelloda İnteryer Dizayn ixtisasını tədris edib.

Eyni zamanda, o, 2017-ci ildə bitirdiyi UJI, I Jaume Universitetində pedaqogika üzrə magistr dərəcəsi və 2022-ci ildə UJI-də sənaye texnologiyaları və materialları üzrə doktorluq dərəcəsi ilə təhsilini davam etdirib.

Mühazirə tarixləri və mövzuları:

24 aprel, saat 15:35 - Simmetriyalar və Simmetriyalı Mozaikaların Əsas Dizaynı

25 aprel, saat 11:05 - Simmetriyalar və Simmetriyalı Mozaikaların Əsas Dizaynı

Mühazirələr ictimaiyyət üçün açıqdır.