Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İstanbul Gelişim Universitetinin dosenti Qərbi Kaspi Universitetinin qonağı olub.

İstanbul Gelişim Universitetinin dosenti Qərbi Kaspi Universitetinin qonağı olub.

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Gelişim Universitetinin dosenti Qərbi Kaspi Universitetinin qonağı olub.

Səfər akademik mobillik proqramı çərçivəsində həyata keçirilib. Səfər müddətində qonaq müəllim Qərbi Kaspi Universitetinin akademik mühiti ilə tanış olub, universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşlər keçirib, elmi və tədris istiqamətləri üzrə fikir mübadiləsində iştirak edib.

Görüşlər zamanı iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat fəaliyyətlərinin təşviqi, müəllim və tələbə mobilliyinin inkişaf etdirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Akademik mobillik proqramları çərçivəsində həyata keçirilən bu cür qarşılıqlı səfərlər universitetlərarası beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə, eləcə də Qərbi Kaspi Universitetinin beynəlxalq akademik əlaqələrinin inkişafına mühüm töhfə verir.

wcuwcuwcuwcu