Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Macar professor tələbələrimiz üçün mühazirələrlə çıxış edəcək

Macar professor tələbələrimiz üçün mühazirələrlə çıxış edəcək

Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri Çərçivəsində növbəti qonaq mühazirəçi Dr. Petra Gyuracz-Nemesdir.

Petra Gyuracz-Nemes Macarıstanın Vesprém şəhərindəki Pannonia Universitetinin dosentidir. O, Pannonia Universitetində turizm və qonaqpərvərlik üzrə bakalavr dərəcəsi və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Onun doktorluq üzrə tədqiqat mövzusu otellərin standartlaşdırılması və fərdiləşdirilməsi ilə bağlı olub.

Eyni zamanda Pannonia Universitetinin Turizm Departamentində otellə bağlı fənləri tədris edib və modernləşdirib.

Tədqiqatları ilə yanaşı, o, turizmin idarə edilməsi üzrə magistratura üzrə proqram rəhbəri kimi çalışıb, 4 il ərzində Pannonia Universitetində Keyfiyyət Mərkəzini formalaşdıraraq idarə edib.

Dr.Petra hazırda Pannonia Universitetində Biznes və İqtisadiyyat fakültəsinin Biznes Araşdırmaları İnstitutunun rəhbəridir.

Mühazirə tarixləri və mövzuları:

Mühazirə tarixləri və mövzuları:

 22 aprel, saat 13:50 - Otelçilikdə Keyfiyyət İdarəetmə Sistemləri

 23 aprel, saat 10:15 - Macarıstandakı otel vəziyyəti

 saat 12:00 - Otelçilikdə karyera problemləri

 25 aprel, saat 10:05 - Otelçilikdə xidmət keyfiyyətinin ölçülməsi

Mühazirələr ictimaiyyət üçün açıqdır.