Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Açıq qapı“günü: Amerikalı professor Sandy Daubenmirenin mühazirəsi

Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrası tələbə, müəllim və universitet üzvü olmayan hər bir şəxsi “XXI əsrdə Təhsil innovasiyaları“ adlı “Açıq qapı“ gününə dəvət edir. 
Açıq qapı gününün budəfəki mühazirəsini Qərbi Kaspi Universitetinin müəllimi, Amerikalı professor Sandy Daubenmire təqdim edəcək. Professor Daubenmire təhsil sahəsində ən son prinsiplər barədə məlumat verəcək, həmçinin uzunmüddətli öyrənmənin əhəmiyyətinin artmasından və XXI əsrdə təhsil sahəsi ilə əlaqədar olan cari araşdırmalarla bağlı müzakirələr aparacaq.

Mühazirə tarixi: 28 fevral,2019 
Saat 16.00
Əhməd Rəcəbli 21, Qərbi Kaspi Universitetinin Nərimanov korpusu