Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələrinin Polşada təhsil almaq imkanı

Qərbi Kaspi Universiteti ilə Polşanın Warmia və Mazury Universiteti (Olsztyn) arasında mövcud olan əməkdaşlıq müqaviləsinə əsasən, universitetin 1 tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestrində Polşada təhsil almaq şansı qazanacaq!

Təhsil müddəti: 4 ay (1 semestr)

Aylıq təqaüd: yaşayış xərclərini qarşılamaq məqsədilə

Səyahət xərcləri: Erasmus+ proqramı tərəfindən qarşılanır

İngilis dili biliyi: ən azı B2 səviyyəsi

ÜOMG: 75 və ya daha yüksək

Aşağıdakı ixtisaslarda təhsil alan II və III kurs tələbələri müraciət edə bilərlər!

Ekologiya, Meşəçilik, İnformasiya texnologiyaları, Su bioehtiyatları və akvakultura, Texniki estetika və dizayn, Torpaqşünaslıq, Turizm və otelçiliyin idarə edilməsi, Turizm bələdçiliyi, Qida mühəndisliyi, Mühasibatlıq.

Proqramda iştirak tamamilə ödənişsizdir.

Müraciət üçün tələbələr ingilis dilində CV və motivasiya məktubunu erasmus@wcu.edu.az ünvanına göndərə bilər və ya Beynəlxalq əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, otaq 111) yaxınlaşa bilərlər.

Son müraciət tarixi: 20 noyabr 2025

Əlavə suallar üçün: erasmus@wcu.edu.az