Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Psixologiya magistrantları elmi tədqiqatlarını uğurla müdafiə ediblər

Qərbi Kaspi Universitetində Psixologiya ixtisası üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi uğurla baş tutub.

Klinik psixologiya, hüquq psixologiyası və sosial psixologiya ixtisasları üzrə təhsil alan magistrantlar elmi-tədqiqat işlərini Dövlət Attestasiya Komissiyasına təqdim ediblər.

Müdafiələr zamanı psixi sağlamlıq, hüquqi proseslərdə psixoloji amillər, sosial davranış və cəmiyyətin aktual psixoloji problemləri ilə bağlı mövzular ətrafında maraqlı elmi müzakirələr aparılıb.

Magistrantlar dissertasiya işlərini uğurla müdafiə edib, tədqiqatları isə aktuallığı, elmi yeniliyi və praktik əhəmiyyətinə görə yüksək qiymətləndirilib.

Gənc tədqiqatçıları təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!