Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Psixologiya Məktəbinin tələbələri üçün “How a Clinical Psychologist Thinks” adlı dərs keçirilib

Psixologiya Məktəbinin tələbələri üçün “How a Clinical Psychologist Thinks” adlı dərs keçirilib

Qərbi Kaspi Universitetinin Psixologiya Məktəbinin tələbələri üçün “How a Clinical Psychologist Thinks” ( Klinik psixoloq necə düşünür) adlı dərs təşkil olunub.

Dərs klinik psixoloq və psixoterapevt , türkiyəli mütəxəssis Dr.Yusuf Güngörün rəhbərliyi ilə keçirilib.

Dr.Güngör psixi sağlamlıq sahəsində 10 ildən artıq klinik psixoterapiya təcrübəsinə və 7 illik akademik fəaliyyətə malikdir.

O, Amerika Psixoloji Assosiasiyasının (APA) üzvüdür.

Mütəxəssis Koqnitiv Davranış Terapiyası (CBT), Dialektik Davranış Terapiyası (DBT) və klinik hipnoz sahələrində ixtisaslaşıb.

Dr.Yusuf Güngör “CBT Clinical Guide” kitabının müəllifidir.

https://www.youtube.com/shorts/qnhrjy5LG5A