Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində yeni biliklər və fikir mübadiləsi.

Qərbi Kaspi Universitetində filologiya elmləri doktoru, professor, "Göyərçin" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, şair Rafiq Yusifoğlu ilə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələrinin görüşü baş tutmuşdur.

Azərbaycan dili və ədəbiyyatı kafedrası tərəfidən təşkil olunmuş görüşdə kafedranın müəllimləri şairin həyat və yaradıcılığı ilə bağlı məruzə ilə çıxış ediblər. Tədbirdə fəal iştirak edən II və III kurs tələbələrinin şairin həyat təcrübələri, poeziyası ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Sonda gənclərə tövsiyə və arzularını dilə gətirə şairə kafedra rəhbərliyi, müəllimlər və tələbələr

görüşün xoş təəssüratları üçün öz təşəkkür və minnətdarlıqlarını bildirmişdilər.

wcuwcuwcuwcuwcuwcu