Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti — Azərbaycanda beynəlxalq institusional akkreditasiyadan keçən ilk universitet!

Qərbi Kaspi Universiteti — Azərbaycanda beynəlxalq institusional akkreditasiyadan keçən ilk universitet!

Qərbi Kaspi Universiteti — Azərbaycanda beynəlxalq institusional akkreditasiyadan keçən ilk universitet!

Qərbi Kaspi Universitetinin beynəlxalq akademik nüfuzunun və institusional inkişafının daha bir mühüm göstəricisi təsdiqini tapıb.

Universitetə Beynəlxalq Akkreditasiya Agentliyi (ASIIN) tərəfindən Qərbi Kaspi Universitetinin institusional akkreditasiyadan ( universitetin  bütöv fəaliyyətinin beynəlxalq  standartlara uyğunluğunun qiymətləndirilməsi  və təsdiqlənməsi) keçməsi ilə bağlı rəsmi məlumat daxil olub.

Bu nəticə Qərbi Kaspi Universitetinin yalnız ayrı-ayrı təhsil proqramları üzrə deyil, bütövlükdə universitet səviyyəsində idarəetmə, təhsil prosesinin təşkili, keyfiyyət təminatı, elmi-tədqiqat fəaliyyəti, akademik mühit, beynəlxalq əməkdaşlıq və institusional inkişaf

istiqamətlərində beynəlxalq keyfiyyət meyarlarına cavab verdiyini nümayiş etdirir.

 

 Beynəlxalq institusional akkreditasiya universitetin fəaliyyətinin sistemli və kompleks şəkildə beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur. Bu baxımdan ASIIN tərəfindən verilən institusional akkreditasiya Qərbi Kaspi Universitetinin beynəlxalq təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətdir.

Bu uğur Universitetin davamlı inkişaf strategiyasının, keyfiyyət təminatı siyasətinin və müasir ali təhsil standartlarına uyğun fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qərbi Kaspi Universiteti — beynəlxalq standartlara əsaslanan təhsil, elm və innovasiya mühitinin formalaşdırılması istiqamətində yeni

mərhələdir!

wcu