Qərbi Kaspi Universiteti beynəlxalq konfransın keçirilməsində tərəfdaş kimi iştirak edəcək
Qərbi Kaspi Universiteti beynəlxalq konfransın keçirilməsində tərəfdaş kimi iştirak edəcək
11–14 noyabr 2026-cı il tarixlərində Türkiyənin Fırat Universitetinin təşkilatçılığı, Qərbi Kaspi Universiteti və digər qurumların tərəfdaşlığı ilə “Uluslararası Sürdürülebilir Su Yönetimi ve İklim Değişikliği Kongresi” keçiriləcək.
Beynəlxalq elmi tədbir 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı – COP31 çərçivəsində təşkil olunur.
Konfransın əsas elmi istiqamətlərini davamlı su idarəçiliyi, iqlim dəyişmələri, su təhlükəsizliyi, quraqlıq və səhralaşma, hidrologiya, suyun keyfiyyəti, kənd təsərrüfatında su idarəçiliyi və suvarma, su hövzələrinin idarə olunması, yeraltı və yerüstü su ehtiyatları, tullantı suların idarə edilməsi, suyun təkrar istifadəsi, iqlim dəyişmələrinə uyğunlaşma və dayanıqlılıq, ətraf mühit siyasəti, davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biomüxtəliflik, ekosistemlərin mühafizəsi, bərpa olunan enerji, fəlakət risklərinin idarə edilməsi, şəhərləşmə və iqlimə davamlı şəhərlər təşkil edir.
Tədbir müvafiq sahələrdə aparılan aktual elmi tədqiqatların təqdim edilməsi, alim və tədqiqatçılar arasında beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi layihə və tədqiqatların təşviqi baxımından mühüm akademik platforma olacaq.
Qərbi Kaspi Universitetinin konfransda tərəfdaş qurum kimi iştirakı universitetin beynəlxalq elmi əməkdaşlığın inkişafına, aktual ekoloji və iqlim problemlərinin tədqiqinə, eləcə də davamlı inkişaf istiqamətində elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi önəmin göstəricisidir.
Ətraflı məlumat üçün linkə keçid: https://akapkongre.com/23
