Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə liderlər sırasında
Ali təhsil müəssisələrinin tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirildiyi nüfuzlu beynəlxalq reytinqlərindən biri olan “Round University Ranking (RUR)” təşkilatı tərəfindən 2026-cı il üzrə dünya universitetlərinin reytinq nəticələri açıqlanıb.
Universitetin əldə etdiyi nəticələr arasında xüsusilə elmi-tədqiqat fəaliyyəti üzrə göstəricilər diqqət çəkir. Belə ki, Qərbi Kaspi Universiteti Tədqiqat göstəricisi üzrə ölkə universitetləri arasında 2-ci yeri tutub.
Bu nəticə universitetdə elmi fəaliyyətin inkişafı, tədqiqatların keyfiyyəti və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticəsi kimi qiymətləndirilir.
Beynəlmiləlləşmə göstəricisinə əsasən, Qərbi Kaspi Universiteti dünya üzrə 682-ci, ölkə universitetləri arasında isə 3-cü pillədə yer alıb.
Həmçinin, “Beynəlxalq həmmüəllifli elmi məqalələrin payı” (Share of International Co-authored Papers) alt göstəricisi üzrə Qərbi Kaspi Universiteti dünya universitetləri arasında 178-ci yerdə qərarlaşıb.
Bu göstərici universitetin beynəlxalq elmi əməkdaşlıq səviyyəsinin yüksək olduğunu və qlobal akademik mühitə inteqrasiyasını nümayiş etdirir. Əldə olunan nəticələr Qərbi Kaspi Universitetinin tədqiqatyönümlü inkişaf strategiyasının, beynəlxalq əməkdaşlıqlarının və elmi potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm göstəricisidir.
