Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetİ DİM-in sərgisində təmsil olunacaq

Qərbi Kaspi Universitetİ DİM-in sərgisində təmsil olunacaq

Qərbi Kaspi Universiteti (QKU) 29–31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Elektron İmtahanlar Korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.

Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalının redaksiyası, eləcə də ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edəcək.

Məqsəd ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin təhsil imkanları ilə yaxından tanış etmək və onların düzgün ixtisas seçiminə dəstək göstərməkdir.

Qərbi Kaspi Universitetinin stendini ziyarət edənlər universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul qaydaları, tədris proqramları, maddi-texniki baza, təhsilhaqqı, beynəlxalq imkanlar və digər mövzularla bağlı suallarına cavab ala biləcəklər. Həmçinin universitetin elmi-metodiki bazası və təhsil imkanları təqdimatlar vasitəsilə nümayiş etdiriləcək.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

İştirak etmək istəyənlər əvvəlcədən aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı ziyarətçilər özləri üçün uyğun tarix və saatı seçə bilərlər.

https://portal.dim.gov.az/sergi/

Ünvan: Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusu, Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50.