Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universiteti tələbələri üçün Beynəlxalq Balkan Universitetində (Makedoniya) Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti tələbələri üçün Beynəlxalq Balkan Universitetində (Makedoniya) Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti tələbələri üçün Beynəlxalq Balkan Universitetində (Makedoniya) Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti ilə Beynəlxalq Balkan Universiteti (Makedoniya) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2026/2027-cı tədris ilinin payız semestrində Makedoniyada təhsil almaq şansı qazanacaq.  

Proqram Haqqında Məlumat 

  • · Təhsil müddəti: 4 ay ( 1 semestr) 
  • · Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd verilir
  • · Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaq

Müsabiqədə İştirak Üçün Tələblər:  

  • İqtisadiyyat, Siyasi Elmlər, Psixologiya, Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. 
  • Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir. 
  •  Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək
 

Tələb olunan sənədlər: 

  •  Təhsil müqaviləsi 
  •  Transkript 
  •  Pasport 
  •  Şəkil (3x4)
  •  İngilis dili sertifikatı (beynəlxalq sertifikat arzuolunandır, olmayanlar üçün universitet daxili imtahan təşkil edilir)
  •  Motivasiya məktubu 
  •  CV 

Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını erasmus@wcu.edu.az ünvanına göndərə bilər və ya Beynəlxalq Əlaqələr Şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, 111-ci otaq) yaxınlaşa bilərlər.  

Son müraciət tarixi: 15.06.2026 

Əlavə suallar üçün erasmus@wcu.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.