Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti və “SABAH.HUB” arasında Anlaşma Memorandumu imzalanıb

Qərbi Kaspi Universiteti və “SABAH.HUB” arasında Anlaşma Memorandumu imzalanıb

Qərbi Kaspi Universiteti və İnnovasiya Mərkəzi, startap ideyaların reallaşmasına dəstək olan “SABAH.HUB” arasında Anlaşma Memorandumu imzalanıb.

“SABAH.HUB”-ın məqsədi Azərbaycanda rəqabətli innovasiya ekosistemi yaradaraq ölkənin iqtisadi inkişafına töhfə vermək, regionda innovasiya mərkəzinə çevrilməkdir. Anlaşma Memorandumu bu istiqamət üzrə birgə layihələrin həyata keçirilməsi, ümumilikdə ikitərəfli əməkdaşlığın qurulmasını özündə ehtiva edir.